Nazir mətbuat konfransına silahla gəlib – Özəl

Polşanın Baş prokuroru və ədliyyə naziri Zbiqnev Zebro “Belxatuv” kömür mədənində təşkil olunan mətbuat konfransına belində silahla qatılıb.

Aktualtv.az xəbər verir ki, polşalı nazir sözügedən mədəndə baş verən qəzanın qurbanlarını yad etmək üçün xatirə lövhəsinin önündə əyilərək gül dəstəsi qoyub. Bu zaman külək Zebronun pencəyini qaldırıb və onun belində silah olduğunu görmək mümkün olub. Kameralara əks olunan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bunun ardınca açıqlama verən nazir silah gəzdirməyə icazəsinin olduğunu bildirib. Onun sözlərinə görə, illər əvvəl bir cinayət təşkilatının liderinin onu təhdid etməsi səbəbi ilə silah daşımaq icazəsi əldə edib: “Hər vətəndaş kimi özümü və ailəmi qorumaq haqqım var”.

O, daha əvvəlki açıqlamalarında həftə sonları tirdə atəş açdığını da qeyd edib. Qeyd edək ki, Polşada silah gəzdirməklə bağlı sərt qaydalar mövcuddur və çox az sayda insan ictimaiyyət arasında silah daşımağa icazəyə sahibdir.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]