Türk dünyasının diqqəti Ankarada – Bu gün liderlər görüşəcək

Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Zirvə Görüşü keçiriləcək.

Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər.

Qeyd edək ki, ötən il Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu alan Şimali Kipr Türk Respublikası liderlərin görüşündə ilk dəfə iştirak edəcək.

Məlumata görə, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən toplantıda fəlakətlər və onların nəticələrilə mübarizədə əməkdaşlığın inkişafı barədə məsələlər müzakirə olunacaq, gündəmdə olan ortaq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Zirvə Görüşündən sonra mətbuat konfransı keçiriləcək.

Bu gün, həmçinin Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının da iclası keçiriləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]