“Can Azərbaycan fövqəladə toplantı keçirilməsini təklif etdi” – Çavuşoğlu

“Tarix sürətlə gedir. Biz məsləhətləşmələrimizi intensivləşdirməliyik. Can Azərbaycan bunu nəzərə alaraq Təşkilatımıza Fövqəladə Zirvə Toplantısı təşkil etməyi təklif etdi. Özbəkistan prezidentliyi dövründə də bizə ev sahibliyi etmək şərəfini təklif etdi. Zirvəmizi başqa gündəmlə toplamaq istərdik. Lakin biz əsrin fəlakəti ilə əlaqədar olaraq “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunu seçdik”.

Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısı öncəsi deyib.

“Dərin kədər içindəyik. Bilirik ki, bu kədər təkcə Türkiyədə yaşanmır. Sizin bu güclü dəstəyiniz bir daha sübut etdi: “Birliyimiz Gücümüzdür” desək, hər bir fəlakətin öhdəsindən gələrik.
Türk Dövlətləri Təşkilatı bizim arzumuz idi. Bu gerçəkləşdi. Biz korporativ infrastrukturumuzu günü-gündən gücləndiririk. Biz əməkdaşlığımızı yeni sahələrdə genişləndiririk”, – deyə XİN rəhbəri qeyd edib

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]