Şimali Koreya qitələrarası ballistik raket atıb – Yaponiyadan etiraz – Özəl

Yaponiya hökuməti bu gün həyata keçirilən ballistik raketin buraxılışı ilə bağlı Şimali Koreyaya etiraz edib.

Aktualtv.az xəbər verir ki, bu barədə Yaponiyanın paytaxtı Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib. “Biz Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə Şimali Koreyaya etirazımızı bildirdik. Bu cür hərəkətlər ölkəmizin və bütün regionun təhlükəsizliyini təhdid edir”, – deyə Matsuno vurğulayıb.

Bundan əvvəl Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Şimali Koreyanın atdığı ballistik raket qitələrarası idi. Qeyd olunub ki, Şimali Koreya raketinin maksimal uçuş hündürlüyü 6 min km-i keçib, uçuş təxminən 70 dəqiqə davam edib, uçuş məsafəsi bir neçə min kilometr olub.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]