İsrail bu səbəbdən Ukraynaya hərbi yardım göstərmir – Özəl

İsrailin Baş naziri Benyamin Netanyahu Almaniya kansleri Olaf Şoltsla keçirdiyi mətbuat konfransında ölkəsinin Rusiya ilə Suriya üzrə razılaşmalara görə Ukraynaya yardım göstərməkdə məhdud imkanlara sahib olduğunu bildirib.

Aktualtv.az xəbər verir ki, o qeyd edib ki, İsrail pilotları və rusiyalı pilotlar Suriya səmasında bir-birindən minimum məsafədə uçurlar. “Biz Rusiya hökuməti, Rusiya Hərbi Hava Qüvvələri və Suriyadakı Rusiya ordusu ilə bir-birimizin təyyarələrini vurmayacağımız barədə razılığa gəlmişik. Düşünürəm ki, heç bir Avropa ölkəsində Ukraynanı dəstəkləməklə bağlı belə bir vəziyyət yoxdur”, – Netanyahu deyib.

O, qeyd edib ki, hətta bu şəraitdə belə, İsrail Ukraynaya böyük humanitar yardım edir. Netanyahu həmçinin təsdiqləyib ki, İsrail Ukraynaya yüksək texnologiyalı mülki hava hücumu xəbərdarlığı sistemi qurmağa kömək edəcək.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]