Agentliyin nümayəndə heyəti BMT-nin ətraf mühit proqramının Avropa ofisinin direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti BMT-nin ətraf mühit proqramının (UNEP) Avropa ofisinin direktoru xanım Silviya Motardla görüşüblər.
Görüşdə Agentliyin dəstəyi ilə ətraf mühitin mühafizəsi sahəsində qeyri-hökumət təşkilatlarının icra etdiyi layihələr haqqında məlumat verən Aygün Əliyeva bu istiqamətdə beynəlxalq dəstəyin olduqca vacib olduğunu vurğulayıb. O bildirib ki, ətraf mühitin mühafizəsi sahəsi son illərdə ölkəmiz üçün daha da aktuallaşıb. Belə ki, işğaldan azad olunan ərazilərimizdə 30 il ərzində flora və faunaya vurulab zərbələr, eyni zamanda, çayların çirkləndirilməsi ekoloji problemlər yaradıb. Bu səbəbdən BMT-nin müxtəlif ekspertlərinin yerli QHT-lərlə birlikdə bu ərazilərdə monitorinq proseslərinin keçirilməsi aktuallığının olduğunu vurğulayıb.
Qonaqları salamlayan xanım Motard Agentliyin fəaliyyətinin ətraf mühitin qorunması sahəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, BMT-nin ətraf mühit proqramı mütəmadi olaraq QHT-lər üçün proqramlar həyata keçirirlər. Bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən QHT-lərlə də əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]