Qazaxıstanda seçkilər keçiriləcək – Özəl

Bu gün Qazaxıstanda respublika parlamentinə seçkilər keçiriləcək.

Səkkizinci çağırış Milli Məclis əvvəlkilərdən fərqli olaraq qarışıq sistemlə seçiləcək: deputatların 70%-i partiya siyahıları, qalan 30%-i isə birmandatlı dairələr üzrə seçiləcək. Ümumilikdə, Milli Məclisin 98 deputatı – 69-u partiya siyahıları, 29-u isə birmandatlı seçki dairələri üzrə seçilməlidir.

Əvvəllər aşağı palataya seçkilər proporsional sistemlə: partiya siyahıları üzrə keçirilirdi. Bununla yanaşı, seçki bülletenlərində “hamıya qarşı” qrafası yaranıb.

Qazaxıstanın bütün yeddi siyasi partiyası seçkilərdə iştirak etmək üçün öz namizədlərinin siyahılarını təqdim edib. Bundan əvvəl Mərkəzi Seçki Komissiyası partiyaların siyahısına 281 namizədin daxil edildiyini bildirib: “Ak Yol” Demokrat Partiyasından – 54, Amanat (Əmanət) Partiyasından – 90, “Aul” Xalq Demokratik Vətənpərvərlər Partiyasından – 25, “Baytak” Yaşıllar Partiyasından – 18, Ümummilli Sosial Demokrat Partiyasından – 19, Qazaxıstan Xalq Partiyasından – 52, Respublika Partiyasından – 23.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]