Mehriban Əliyevanın köməkçisi “France 24″ə müsahibə verdi

Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Elçin Əmirbəyov Fransanın “France 24” telekanalına müsahibə verib.

Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “Twitter” hesabında paylaşım edib.

Elçin Əmirbəyov müsahibəsində bildirib ki, Azərbaycan Ermənistana beynəlxalq hüquq normalarına uyğun sülh müqaviləsi təklif edib: “Əlbəttə ki, sülh müqaviləsi hazırlanarkən hər iki tərəfin suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü nəzərə alınıb”.

Vitse-prezidentin köməkçisi, həmçinin Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanmadığını da qeyd edib. O, Ermənistanın imzaladığı sənədlərin əleyhinə hərəkət etdiyini, Laçın dəhlizi ilə Qarabağa yeni silahlar, minalar və hərbçilər gətirdiyini açıqlayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]