Hindistan ABŞ-yə etiraz notası göndərib – Özəl

Yeni Dehli Hindistanın ABŞ-nin San-Fransisko şəhərindəki Baş Konsulluğuna hücumla bağlı bu ölkəyə etiraz notası göndərib.

Aktualtv.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Radikal qruplaşma üzvlərinin Baş Konsulluğa hücumu ilə əlaqədar ABŞ-nin müvəqqəti işlər vəkili ilə görüş keçirilib və vandalizmə qarşı kəskin etiraz ifadə olunub. Hindistan tərəfi ABŞ hökumətinə diplomatik missiyanı qorumaq öhdəliyini xatırladıb, belə hadisələrin təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsi təklif olunub. Hindistanın Vaşinqtondakı səfirliyi bu narahatlıqları Dövlət Departamentinə də çatdırıb.

Xatırladırıq ki, martın 19-da ölkənin Pəncab əyalətində əhalisinin əksəriyyəti siqhizmin ardıcılları olan “Xalistan dövləti”nin yaradılmasının bir qrup tərəfdarı Hindistanın San-Fransiskodakı Baş Konsulluğuna hücum edib. “Press Trust of India”nın məlumatına görə, hücumçular diplomatik nümayəndəliyin ərazisinə soxulub və orada “müstəqil Xalistan”ın iki bayrağı sancıblar. Nümayişçilər konsulluğa da daxil olaraq iğtişaşlar törədib, qapı və pəncərələri dəmir barmaqlıqlarla sındırıblar.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]