ABŞ Ukraynaya 350 milyon dollar dəyərində yeni hərbi yardım paketini qəbul edib.
Aktualtv.az xəbər verir ki, bu haqda Entoni Blinken açıqlamasında deyib. Yardım paketinə Ukraynaya HIMARS, haubitsa, “Bradley” PDM-ləri, HARM raketləri, tank əleyhinə silahların verilməsi daxildir. Ötən gün Avropa İttifaqının 18 ölkəsi və Norveç də Ukraynaya təchizat üçün sursatların birgə alınması layihəsini imzalayıb. Bu barədə Avropa Müdafiə Agentliyinin yaydığı bəyanatda deyilir. Belə ki, 18 ölkə Ukrayna üçün 155 mm-lik artilleriya sursatlarının birgə alınması və öz ehtiyatlarının bərpası layihəsinə imza atıblar.
Bundan əvvəl Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Jozep Borel Aİ-nin Ukraynaya 12 ay ərzində 1 milyon döyüş sursatı verməsi barədə qərarını açıqlamışdı, bu planın həyata keçirilməsi üçün 2 milyard avro ayrılacaq.
Murad Həsənov / aktualtv.az










