“Biz sizinlə aşağı səviyyədə rəqabət etmək istəmirik” – “Qalatasaray”ın prezidenti

“Biz sizinlə aşağı səviyyədə rəqabət etmək istəmirik. Böhtanlarla rəqabəti səviyyəsiz etməyə çalışırsınız. Biz isə bunu rədd edirik”.

Aktualtv.az xəbər verir ki, bunu “Qalatasaray”ın prezidenti Dursun Özbək sosial media hesabında paylaşıb.

O, “Fənərbaxça”nın prezidenti Ali Koçun, – “Cəsarətiniz varsa, etdiyiniz bütün bu manipulyasiyalar və böhtanlardan danışmaq üçün vaxt itirmədən sizi canlı yayıma dəvət edirəm”, – çağırışına cavab verib.

D. Özbək bildirib ki, bu, illərdir davam edən uğursuzluqları örtmək üçün klub rəsmisinin etdiyi addımdır:

“İllərdir davam edən uğursuzluqları örtmək üçün insanları aldatmaqdan, manipulyasiya etməkdən əl çəkin. Köhnə fikirli zehniyyətinizlə öz azartkeşlərinizi aldatmaq, onlara yaxşı görünməkdən vaz keçin”.

Qeyd edək ki, bu gün mətbuat konfransında “Galatasaray” klubunun prezidenti Dursun Aydın Özbek “Fenerbaxça” klubunu sərt tənqid edib. İttihamlara cavab olaraq klub prezidenti Ali Koç bütün deyilənləri böhtan adlandıraraq “Qalatasaray” rəhbərini debata çağırıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]