Fransada etirazlar həyatı iflic edib – Makron etirazlara nə qədər dözəcək? – Özəl

Parisdə və Fransanın digər şəhərlərində pensiya islahatına qarşı tətillər və nümayişlər davam edir.

Aktualtv.az xəbər verir ki, “reuters”in məlumatına görə, bu gün Fransada dəmir yolu əlaqəsi kəsilib, dəniz limanlarının, neft emalı zavodlarının, yanacaqdoldurma məntəqələrinin və məktəblərin işi dayandırılıb. Ötən gün Fransa Prezidenti Emmanuel Makronun çıxışı həmkarlar ittifaqları və müxalifət partiyalarının qəzəbli reaksiyasına səbəb olub.

Xatırladaq ki, Fransa hökuməti martın 16-da parlamentdən yan keçərək pensiya islahatını təsdiqləyib. Pensiya islahatları fonunda E.Makronun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb. Bu sənədlə pensiya yaşının 62-dən 64-ə qaldırılması nəzərdə tutulur.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]