Alman pianoçu və bəstəkar Lüdviq van Bethovenin saç tellərindən əldə edilən DNT analizləri məşhur bəstəkarın ölümündən aylar əvvəl qaraciyər xəstəliyinə meylli olduğunu və hepatit B xəstəliyinə tutulduğunu üzə çıxarıb.
Aktualtv.az xəbər verir ki, alman pianoçu və bəstəkar Lüdviq van Bethovenin pərəstişkarları tərəfindən yadigar olaraq saxlanılan 8 saç teli üzərində aparılan DNT araşdırmaları məşhur bəstəkarın ölümü ilə bağlı yeni məlumatlar ortaya çıxarıb. Kembric Universitetindən olan araşdırma qrupunun əldə etdiyi genomik məlumatlar nəticəsində serrozdan öldüyü məlum olan pianoçunun genetik olaraq qaraciyər xəstəliyinə meylli olduğu və ölümündən aylar əvvəl hepatit B-yə tutulduğu üzə çıxıb.
Araşdırma qrupunun aparıcı müəllifi Tristan Begg, məşhur bəstəkarın həddindən artıq spirtli içki qəbul etməsi ilə yanaşı, genetik faktorların da qaraciyər xəstəliyinə səbəb ola biləcəyini söylədi. Bundan əlavə, açıqlamada Bethovenin əldə edilən genomik məlumatlarla həzm sistemində də problemlərin olduğu müəyyən edilib.
Etibar Məmmədov / aktualtv.az










