Zelenski uzaqmənzilli raketlər istəyir – Rusiyaya hücum olacaq? – Özəl

Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyəti Rusiyanın işğalı fonunda bir daha ölkəsinə uzaqmənzilli silahlar verməyə çağırıb.

Aktualtv.az xəbər verir ki, Avropa Şurasının Brüsseldə keçirilən ikigünlük sammitinə video müraciət ünvanlayan Zelenski bu məsələnin hazırki vaxtda xüsusilə böyük əhəmiyyət kəsb etdiyini deyib:

“Döyüş meydanında hər saat önəmlidir. Bu baxımdan Ukraynaya uzaqmənzilli raketlərin tədarükünün ləngidilməməsi çox əhəmiyyətli məsələdir. Gecikmə, rus terrorçularını mövqelərindən, xüsusən uzaqmənzilli raketlərlə daim atəşə tutulan Xerson, Zaporojye və digər şəhərlərimizdən çıxarmağımıza mane olur. Ötən gün Zaporojjiyada rus terrorçularının raketləri çoxmərtəbəli yaşayış binalarını hədəfə aldı. Onlarla ailə evlərini itirdi, çox sayda insan yaralandı, ölənlər oldu. Bunlar mülki şəxslərdir. Ukraynalıları davamlı terrordan qoruya biləcək silahların əsgərlərimizə göndərilməsində heç bir gecikmə olmamalıdır”.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]