Estoniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatlardan birinin ölkənin “təhlükəsizliyi və konstitusiya quruluşuna xələl gətirən” hərəkətlərinə görə ölkədən çıxarılması barədə qərar qəbul edib.
Aktualtv.az xəbər verir ki, bu barədə departamentin saytında məlumat verilib. “Bu şəxsin fəaliyyəti Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozur və martın 29-dək Estoniyanı tərk etməlidir”-deyə, açıqlamada qeyd olunub. Açıqlamada həmçinin səfirlik rəsmisinin “Rusiyanın hərbi hərəkətlərinə haqq qazandıran və Estoniya cəmiyyətini parçalayan təbliğat” yaydığı qeyd olunub.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, son illərdə Estoniya hakimiyyəti Rusiya ilə bütün münasibətləri qəsdən pozub.
Etibar Məmmədov / aktualtv.az










