“İran atom bombası yaratmağa cəhd edərsə…” – ABŞ generalı – Özəl

Amerika ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri deyir ki, Pentaqon İranın nüvə bombası əldə etmək istədiyi vaxt üçün bir neçə hərbi variant hazırlayıb.

Aktualtv.az xəbər verir ki, bunu general Mark Milley cümə axşamı ABŞ Konqresinin Nümayəndələr Palatasının Müdafiə Təxsisatları Alt Komitəsində deyib:

“Biz ABŞ hərbçiləri olaraq İranın real nüvə silahı yaratmağa qərar verəcəyi və ya nüvə silahı istehsal etməyə başlayacağı təqdirdə ABŞ prezidenti Co Baydenin seçim və tətbiq etməsi üçün bir neçə variant hazırlamışıq”.

O, daha sonra bildirib ki, İran iki həftədən az müddətdə nüvə silahı üçün parçalana bilən material istehsal edə bilər və həqiqi nüvə silahı yaratmaq üçün cəmi bir neçə ay lazımdır, lakin Amerika öz  siyasətinə sadiq olara İranın nüvə silahına yiyələnməsinə mane olmağa öhdəlik götürüb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]