Fransada iğtişaşlar – 200 nəfər xəsarət alıb – Özəl

Fransanın qərbindəki Sen-Solin kommunası yaxınlığında kənd təsərrüfatı məqsədləri üçün suvarma hövzələrinin yaradılmasına qarşı keçirilən etiraz aksiyası zamanı azı 200 nəfər xəsarət alıb.

Aktualtv.az xəbər verir ki, nümayişin təşkilatçıları jurnalistlərə bildiriblər ki, polis rezin güllələrdən, gözyaşardıcı qaz qumbaralarından və su şırnaqlarından fəal şəkildə istifadə edib. Nəticədə 200-ə yaxın adam xəsarət alıb. Fransa hüquq-mühafizə orqanlarının məlumatına görə, iğtişaşlar zamanı 35-dən çox polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, Sen-Solin kommunası ərazisində suvarma hövzələrinin tikintisinə qarşı etiraz 2022-ci ildən davam edir. Layihəyə görə, ərazidə ümumi həcmi bir neçə yüz min kubmetr su tutumu olan 16 su anbarı yaradılmalıdır. Yerli sakinlər torpağın münbitliyinin azalacağını, eləcə də təbii su ehtiyatlarının tükənəcəyini və nəticədə ətraf mühitə zərər dəyəcəyini bildirərək, bu plana qarşı çıxırlar.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]