Beynəlxalq Valyuta Fondu Çinin 2023-cü ildə qlobal artımın təxminən üçdə birini təşkil edərək dünya iqtisadiyyatına əhəmiyyətli təkan verəcəyini proqnozlaşdırır.
Aktualtv.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Pekində keçirilən 2023-cü il Çin İnkişaf Forumunda qurumun idarəedici direktoru Kristalina Georgieva bildirib. Fondun təhlilinə görə, Çin ÜDM-ində 1% yüksəliş digər Asiya iqtisadiyyatlarının 0,3% bənd artmasına gətirib çıxaracaq. Qeyri-müəyyənliklər olduqca yüksək olsa da, o, dünya iqtisadiyyatı ilə bağlı xəbərlərin heç də pis olmadığını söyləyib, çünki Çin də daxil olmaqla bəzi “yaşıl tumurcuqlar” var.
Maliyyə qurumunun araşdırması həmçinin göstərir ki, Çində məhsuldarlığı artıran islahatlar real ÜDM-i 2027-ci ilə qədər 2,5%, 2037-ci ilə qədər isə təxminən 18% yüksəldə bilər. Bu, həm daha keyfiyyətli, həm də daha əhatəli olacaq.
Büllur Məmmədova / aktualtv.az










