Ukrayna Silahlı Qüvvələrinin silsilə əks-hücumları Rusiya Prezidenti Vladimir Putini Ukraynanın şərtləri əsasında danışıqlara getməyə razı sala bilər.
Aktualtv.az xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun analitikləri gəlib. Onların fikrincə, ukraynalı hərbçilər döyüş əməliyyatlarının gedişatını dəyişə biləcək gücdə olduğunu göstərməlidirlər. Belə ki, Ukrayna qüvvələri Rusiya ordusuna elə ziyan vurmalıdır ki, Putin və yaxın çevrəsinə döyüş əməliyyatlarını davam etdirməyin müharibənin nəticəsini yaxşılaşdırmayacağı aydın olsun.
Xatırladaq ki, martın 20-də Rusiya Prezidenti Vladimir Putin Çin Sədri Si Cinpinlə görüşdə ölkəsinin “Çinin sülh planını diqqətlə öyrəndiyini və danışıqlara açıq” olduğunu bildirib.
Səbinə Kərimova / aktualtv.az










