İsrailin müdafiə naziri Yoav Qalantın istefaya göndərilməsindən sonra başlayan etiraz aksiyasına artıq 58 min insan qoşulub.
Aktualtv.az xəbər verir ki, bu barədə İsrailin “Kan 11” dövlət telekanalı məlumat yayıb. Məlumata əsasən, etirazçılar şəhərin şərqindəki ən böyük magistral yol olan Ayalon şossesində nəqliyyatın hərəkətini tamamilə dayandırıblar. Hadisə yerinə getdikcə daha çox nümayişçi qrupları gəlməkdə davam edir.
Xatırladaq ki, ötən gün İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müdafiə naziri Yoava Qalantı istefaya göndərib. Qeyd edək ki, Y.Qalant martın 25-i axşam xüsusi bəyanatla çıxış edərək ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.
Səbinə Kərimova / aktualtv.az










