Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasına baş çəkib.
Aktualtv.az xəbər verir ki, Qrossi Zaporojye Atom Elektrik Stansiyasında yoxlamalar da aparıb. Jurnalistlərə açıqlama verən Qrossi, stansiyada vəziyyətin yaxşı olmadığını deyib: “Stansiyanı hücumlardan qorumaq üçün bütün mümkün tədbirlər görülməlidir. Zavodun mühafizəsi üçün tərəflərin razılaşa biləcəyi real tədbirlər hazırlayıb təklif etməyə çalışıram”.
Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Stansiya ötən il martın 4-də Rusiya ordusu tərəfindən ələ keçirilib. Prezident Vladimir Putin oktyabrın 5-də elektrik stansiyasının Rusiyanın mülkiyyətinə verilməsi haqqında fərman imzalayıb.
Murad Həsənov / aktualtv.az










