ABŞ ukraynalı hərbçilərə raket təlimi keçib – Özəl

ABŞ 65 ukraynalı hərbçiyə Amerika istehsalı olan Patriot raket sistemlərindən istifadə etmək üçün təlim keçib.

Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, ABŞ indiyədək Ukrayna Silahlı Qüvvələrinin 7 mindən çox, 26 müttəfiqi isə 11 mindən çox hərbi qulluqçuya təlim keçib. Təlim proqramı 2022-ci ilin aprelində başlayıb və 20-dən çox sistem üzrə 40 müxtəlif təlim proqramını əhatə edib.

Rayder vurğulayıb ki, Almaniyada bu ayın sonunda 4 mindən çox ukraynalı əsgər və iki briqada silah hazırlığını başa vuraraq ölkəsinə qayıdıb. Hazırda Almaniyada ümumilikdə 1200 hərbçidən ibarət iki Ukrayna motoatıcı batalyonu təlim da keçir. Daha 3 min ukraynalı hərbçi artıq analoji kursu bitirib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]