Çin Ukrayna ilə Rusiya arasında vasitəçi olsa belə dünya Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq üçün bütün diplomatik vasitələrdən istifadə etməlidir.
Aktualtv.az xəbər verir ki, bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib. Onun sözlərinə görə, NATO Ukraynada vəziyyətin gərginləşməməsi üçün hər şeyi edir.
“Alyans münaqişəyə qarışmaq istəmir. Ona görə də Ukraynaya silah və humanitar yardım göstərməyi daha məntiqli hesab edirik. Diplomatik danışıqlardan çəkinməmək vacibdir. Vasitəçi qismində Qərb və ya Rusiyaya yaxın ola biləcək dövlətlər olacaq. Fərqi yoxdur. Bütün dünya bu dəhşətə tez bir zamanda son qoymaq üçün əlindən gələni etməlidir. Bunu bacaran varsa, ona dəstək olacağam. Çinin olub-olmaması mənim üçün əhəmiyyət kəsb etmir” – deyə müdafiə naziri qeyd edib.
Büllur Məmmədova / aktualtv.az










