İranda məcburi hicab qaydalarını riayət etməyən qadınlara qarşı təzyiqlər güclənib.
Aktualtv.az xəbər verir ki, İsfahanda məcburi hicab qaydalarını riayət etməyən qadınların metroya girməsinə icazə verilməyib, metro girişində “Hicabsız şəxslərə bilet satılmayacaq” məzmunlu xəbərdarlıq bildirişləri yapışdırılıb. Sosial mediada bir neçə yerdə metroya buraxılmayan qadınlarla məmurlar və nəzarətçilər arasında insident yaşandığı barədə məlumatlar paylaşılıb. Gilan əyalətinin mərkəzi Rəşt şəhərində isə bir neçə qadın məcburi hicab qaydalarını riayət etmədikləri üçün həbs edilib. Rəşt şəhər polis idarəsinin yaydığı məlumata görə, hicabsız şəkildə motosiklet sürən qadınlar polis və təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
Qeyd edək ki, İran prezidenti, Daxili İşlər Nazirliyi və məhkəmə sistemi rəhbərliyinin məcburi hicab qaydalarını riayət etməyənləri düşmən adlandırdıqlarından sonra həbslər çoxalıb.
Büllur Məmmədova / aktualtv.az










