Ağ Ev Rusiyanı Voul Strit Jurnalının müxbirini azad etməyə çağırıb.
Aktualtv.az xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat katibi Karin Jan Pyer brifinqdə bildirib. Qeyd edək ki, amerikalı müxbiri Evan Gerşkoviç ötən həftə casusluq ittihamı ilə Rusiyada saxlanılıb, haqqında cinayət işi açılıb. Jurnal ittihamları kəskin şəkildə rədd edib və onun azadlığa buraxılmasını tələb edib:
“Bu ittihamlar çox gülüncdür. Evan casus deyil və heç vaxt Birləşmiş Ştatlar hökuməti üçün işləməyib. O, hamınızın bildiyi kimi (The Wall Street Journal) Voul Strit Jurnalında işləyən müstəqil jurnalistdir. Haqsız olaraq həbs edilmiş şəxslərlə əlaqə saxlayan Dövlət Departamenti Evan-a konsulluq girişini təmin etmək üçün davamlı cəhdlər etdi. Hal-hazırda proses davam edir”.
Büllur Məmmədova / aktualtv.az










