Fransın Ren şəhərindəki etiraz aksiyaları zamanı polis zorakılığa əl atıb.
Aktualtv.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə məmurların gənc oğlana dəyənək və yumruqlarla hücum çəkdiyi, yerə yıxdığı, ayaqlarını çəkmələrinin altında əzərək təpiklədiyi əks olunub. Eyni polis qrupu Renn şəhərində huşunu itirmiş kimi görünən bir adamı biləkləri bağlanmış halda tutub yerdə sürükləyərkən də kameralara tuş gəlib. Fransanın bir çox böyük media qurumları bu görüntüləri hələ də yayımlamayıb.
Qeyd edək ki, Fransada etiraz aksiyaları zamanı əsassız həbslərlə bağlı yüzlərlə şikayət daxil olub. 1500-ə yaxın insan Renn mərkəzinə toplaşaraq hökumətin mübahisəli islahatlarına etiraz edib.
Səbinə Kərimova / aktualtv.az










