“Rusiya ordusu son sutkada Ukrayna ərazisinə 57 raket atıb, bir neçə mülki şəxs yaralanıb”.
Aktualtv.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib. Məlumata görə, Ukraynanın bütün ərazisinə raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır. Baş Qərargahdan qeyd olunub ki, Rusiya qoşunları xeyli itki verir, buna baxmayaraq əsas səylərini Kupyansk, Baxmut, Avdiivka və Marinsk istiqamətlərinə yönəldib. Son sutkada cəbhənin bütün istiqamətlərində düşmənin ümumilikdə 70-dən çox hücumunun dəf edildiyi vurğulanıb.
Məlumatda görə, Rusiya ordusu Zaporojye və Xerson istiqamətlərində müdafiə əməliyyatlarını davam etdirir. Raket qoşunları və artilleriya bölmələri isə qarşı tərəfin canlı qüvvəsinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 2 əraziyə, eləcə də düşmənin 1 radioelektron məntəqəsinə zərbələr endirib.
Səbinə Kərimova / aktualtv.az










