“ABŞ öhdəliklərini yerinə yetirmir” – BMT NOTA verdi – Özəl

BMT Birləşmiş Ştatlara kəskin iradını bildirib.

Aktualtv.az “CNN”ə istinadən xəbər verir ki, BMT baş katibinin sözçüsü Stefan Düjarrik bu barədə açıqlama verib. O vurğulayıb ki, Pentaqondan sızdırılan sənədlərdə təşkilatın baş katibi Antonio Quterreşə dair sənədlərin təhrif olunmuş xülasə olduğu aşkara çıxarılıb.

Amerikanın baş katiblə yanaşı, BMT rəsmilərini izləməsinə görə də təşkilatdan ciddi narazılıq bildirilib. Düjarrik bu cür fəaliyyətlərin “Birləşmiş Ştatların BMT Nizamnaməsi” və “BMT-nin İmtiyazlar və İmmunitetlər Konvensiyası”ndan irəli gələn öhdəliklərinə zidd olduğuna diqqət çəkib.

Onun sözlərinə görə, Birləşmiş Ştatların təşkilatdakı daimi nümayəndəliyinə nota verilib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]