Ermənistanda Azərbaycan dili tədris olunur – Özəl

2022-ci ilin sentyabr ayından Ermənistanda 25 təhsil müəssisəsində fars, gürcü, türk və Azərbaycan dilləri tədris olunur.

Aktualtv.az xəbər verir ki, bu barədə Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan Parlamentdə Ermənistan Respublikasının 2021-2026-cı illər proqramının 2022-ci ildəki icrasının gedişatı və nəticələrinə dair hesabatın müzakirəsi zamanı çıxışında deyib. “Hökumət proqramının hədəfində olan regional dillərin tədrisi çərçivəsində ötən ilin sentyabrından, yəni bu tədris ilindən 25 təhsil müəssisəsində fars, gürcü, türk və Azərbaycan dilləri öyrədilir”-deyə, Andreasyan bildirib.

Nazirin sözlərinə görə, regional dillərə marağı öyrənmək üçün ilkin olaraq məktəblər arasında sorğu keçirilib və 400-ə yaxın məktəb əsas maraq kimi türk dili olmaqla, bəzi regional dillərin tədrisini dəstəkləyiblər.

“Təbii ki, biz o həcmi təmin edə bilmədik, çünki bizim ciddi kadr problemimiz var və bizə vaxt lazımdır”-deyə, nazir bildirib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]