Çempionlar Liqası: İstanbul finalının biletləri satışa çıxarıldı

Çempionlar Liqasının final oyununun biletləri satışa çıxarılıb.

UEFA-nın yaydığı məlumata görə, 72 min biletdən 47 min 200-ü ictimaiyyət üçün açıqdır və satış qurumun saytında həyata keçirilir. 20 min bilet finalçı komandaların azarkeşləri üçün nəzərdə tutulub. Qalan biletlər yerli təşkilat strukturu, UEFA, UEFA-ya üzv assosiasiyalar, kommersiya tərəfdaşları və yayımçılar üçündür.

Biletlər dörd kateqoriya üzrə fərqli qiymətlərə satılır və qiymətlər 70 avro ilə 690 avro arasında dəyişir.

Qeyd edək ki, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək final matçı iyunun 10-da baş tutacaq.

Xatırladaq ki, Çempionlar Liqasının yarımfinalında “Real” (Madrid) “Mançester Siti”, “Milan” “İnter”lə üz-üzə gələcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]