Sergey Lavrov Nyu-Yorka gedib – Rusiyanın sədrlik etdiyi… – Özəl

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 24 və 25-də BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak edəcəyi Nyu-Yorka səfər edib.

Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, tədbirlər bu ay Rusiyanın Təhlükəsizlik Şurasında sədrliyi çərçivəsində keçiriləcək. Lavrovun BMT-nin baş katibi Antonio Quterreşlə görüşü gözlənilir.

Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiyanın müzakirə üçün çoxlu mövzuları var. Əsas məsələlərdən biri taxıl sövdələşməsi ətrafında vəziyyət olacaq:

“Moskva Rusiya taxılının və gübrələrinin ixracına maneələrin aradan qaldırılmasında irəliləyişin olmamasından narahatdır. Hazırkı vəziyyət müqavilənin uzadılması ehtimalını təhlükə altına qoyur”.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]