Çin səfirinin postsovet ölkələri barədə fikri səs-küyə səbəb olub – Özəl

Çinin Fransadakı səfirinin postsovet ölkələrinin suveren dövlətlər olmadığı fikrini irəli sürməsi səs-küyə səbəb olub.

Aktualtv.az xəbər verir ki, Estoniya, Latviya və Litva səfir Lu Şayenin bu məsələdə şərhini qəti şəkildə rədd edib.

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Lüksemburqda keçiriləcək görüşdə blokun xarici işlər nazirlərinin Lu-nun bəyanatını müzakirə edəcəyini bildirib:

“Çin səfirinin Sovet İttifaqının tərkibində olan ölkələrin suverenliyi və mövcudluğu ilə bağlı verdiyi bu bəyanat Çin-Avropa İttifaqı çərçivəsində müzakirə olunacaq. Çox güman ki, bu ilin iyun ayında Çinlə bağlı strategiyamızı yenidən nəzərdən keçirəcəyik. Bu məqsədlə Şura Avropa İttifaqı və Çin arasında müzakirələrin başlanmasına hazırlıq görəcək.”

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]