Türkiyə Suriya ilə uzun illərdir davam edən gərgin münasibətlərini bərpa etməyə çalışır.
Aktualtv.az xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar bunun üçün suriyalı, rusiyalı və iranlı həmkarları ilə aprelin 25-də Moskvada görüşməyi planlaşdırdığını bildirib:
“Bunun davamı olaraq bu dörd ölkənin müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin iştirakı ilə görüşə hazırlaşırıq. Məqsədimiz problemləri danışıqlar yolu ilə həll etmək və ən qısa zamanda bölgəyə sülh və əmin-amanlıq gətirməkdir. Münasibətlərimizi qarşılıqlı hörmət çərçivəsində davam etdiririk. Türkiyə və Müdafiə Nazirliyi olaraq, bacardığımız qədər bölgədə sülhə töhfə vermək üçün səy göstəririk.”
Onun sözlərinə görə, dekabrın 28-də Moskvada Türkiyə, Rusiya və Suriyanın müdafiə nazirlərinin iştirakı ilə keçirilən görüşdə İranın da danışıqlara qoşulması ilə bağlı razılığa gəlinib.
Səbinə Kərimova / aktualtv.az










