Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılacaq – Spiker tapşırıq verdi

Milli Məclisdə deputat Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılması təklif edilib.

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova tapşırıq verib. “Deputat Vahid Əhmədovla bağlı məsələnin İntizam Komissiyasında baxılmasını tapşırıram”, – deyə o qeyd edib.

Spiker Shaibə Qafarova Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimova tapşırıq verib ki, bu məsələyə baxılsın: “İntizam komissiyasını yığın və bu məsələ ilə ciddi məşğul olun, mənə məruzə edin”, – deyə spiker bildirib.

Deputatlar da sədrin tapşırığını dəstəkləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl deputat Vahid Əhmədov internet televiziyalarından birinə müsahibə verib. Onun Milli Məclislə bağlı səsləndirdiyi fikirlər deputatların etirazına səbəb olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]