ABŞ-nin BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild Rusiyanı “Wall Street Journal”ın müxbiri Evan Gerşkoviç və Paul Whelanı azad etməyə çağırıb.
Aktualtv.az xəbər verir ki, bildirib ki, Rusiyanın bu davranışı beynəlxalq hüququn pozulmasıdır:
“Rusiya ümumbəşəri insan hüquqlarını və əsas azadlıqlarını həm öz hüdudlarından kənarda, həm də daxilində pozub. Rusiyanın Ukraynada həyata keçirdiyi fəaliyyət beynəlxalq hüququn pozulmasıdır. Qanun pozuntularına həmçinin ABŞ vətəndaşları Paul Whelan, Trevor Reed, Brittney Griner və Evan Gerşkoviçin qanunsuz həbsi də daxildir. Trevor və Brittni hazırda evlərində, sağ-salamatdırlar. Lakin Rusiya indi də siyasi sövdələşmədən istifadə etmək üçün Evan Gerşkoviçi həbs edib. O, jurnalistdir və sadəcə öz işini görürdü.”
Xatırladaq ki, ötən həftə Rusiya məhkəməsi Gerşkoviçin casusluq ittihamı ilə həbs edilməsi barədə qərar çıxarıb. O, Soyuq Müharibədən sonra Rusiyada casusluq ittihamı ilə saxlanılan ilk Birləşmiş Ştatlar müxbiridir.
Murad Həsənov / aktualtv.az










