Mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi başlayıb.
Aktualtv.az xəbər verir ki, bunun üçün dünyanın 75 ölkəsində 156 seçki məntəqəsi yaradılıb. Türkiyə Mərkəzi Seçki Komissiyasından bildirilib ki, xaricdəki türkiyəli seçicilərin sayı 3 milyon 416 min 98 nəfərdir.
Qardaş ölkənin Azərbaycandakı diplomatik nümayəndəliklərindəki seçki məntəqələri isə mayın 5-də Bakı vaxtı ilə saat 09:00-da açılacaq. Səsvermə Türkiyənin Bakıdakı səfirliyində, Gəncədə və Naxçıvandakı Baş Konsulluqlarında keçiriləcək.
Diplomatik nümayəndəliklərdə səsvermə mayın 8-də saat 21:00-da başa çatacaq. Ümumilikdə, xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi mayın 9-da başa çatacaq. Seçkilər ikinci mərhələyə qalarsa, bu mərhələ üçün səsvermə isə 20-22 may tarixlərində baş tutacaq.
Etibar Məmmədov / aktualtv.az










