Sudan ordusunun rəqib qrupları, müddəti başa çatmasına az qalmış üç günlük atəşkəsi yeniləməyə razılaşıblar.
Aktualtv.az “BBC”yə istinadən xəbər verir ki, bu addım qonşu ölkələrin, eləcə də Birləşmiş Ştatlar, Böyük Britaniya və BMT-nin intensiv diplomatik səyləri nəticəsində baş verib. Amerikanın dövlət katibi Entoni Blinken Vaşinqtonun atəşkəsin uzadılması üçün ciddi cəhdlə çalışdığını bildirib. Cənubi Sudan sülh danışıqlarına ev sahibliyi etməyi təklif edib, ordu isə danışıqlara öz nümayəndələrini göndərməyə razılaşıb.
Lakin paytaxt Xartumda şiddətli döyüşlər barədə xəbərlər davam edir. Döyüşlərdə ən azı 512 nəfər həlak olub və təxminən 4200 nəfər yaralanıb. Dəqiq rəqəmlərin daha yüksək olacağı gözlənilir.
Səbinə Kərimova / aktualtv.az










