Misir, İordaniya, İraq, Səudiyyə Ərəbistanı və Suriya xarici işlər nazirlərinin Əmmandakı görüşündən sonra yekun bəyanat qəbul edilib.
Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, sənədə görə, ərəb ölkələri ölkədə qeyri-qanuni mövcud olan bütün xarici qüvvələrin Suriyadan çıxarılmasına səbəb olacaq siyasi həll yolunun tərəfdarıdır.
Ərəb ölkələrinin xarici işlər nazirliklərinin rəhbərləri həmçinin Suriya ilə narkotik ticarətindən zərər çəkən qonşu ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə dair də razılığa gəliblər. Suriya, İordaniya və İraq arasında Suriyadan narkotiklərin istehsalı və daşınması mənbələrini müəyyən etmək üçün siyasət və təhlükəsizlik məsələləri üzrə işçi qrupu yaradılacaq.
Büllur Məmmədova / aktualtv.az










