Rusiya paytaxt Kiyev də daxil olmaqla, Ukrayna şəhərlərinə ağır hava zərbələri endirib. 3-ü uşaq olmaqla 25 mülki şəxs yaralanıb.
Aktualtv.az xəbər verir ki, Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Serxi Popko sosial media hesabında verdiyi açıqlamada, ilkin məlumatlara görə, hücumların Tu-95 strateji təyyarə ilə həyata keçirildiyini bildirib. Həmçinin, Murmansk vilayətinin Oleneqorsk şəhərindən doqquz Tu-95 bombardmançısı və Xəzər dənizindən iki Tu-160 bombardmançı təyyarə ilə hücum edildiyi vurğulanıb.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı deyib. Onun sözlərinə görə, ruslar 18 ədəd Kh-101/Kh-555 havadan buraxılan qanadlı raket atıblar və Ukrayna Hərbi Hava Qüvvələrinin zenit müdafiə bölmələri onların 15-ni məhv edib.
Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak isə bildirib ki, Pavloqrad rayonunda bir gecədə raket hücumu nəticəsində üçü uşaq olmaqla 25 mülki şəxs yaralanıb.
Büllur Məmmədova / aktualtv.az










