Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanması Hörmüz boğazında İran tərəfindən neft tankerinin ələ keçirilməsi ilə bağlı bəyanat yayıb.
Aktualtv.az xəbər verir ki, bəyatanda, bu gün yerli vaxtla səhər saat 06:20-də Panama bayrağı ilə üzən “Niovi” neft tankerinin Hörmüz boğazından keçərkən İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirildiyi bildirilib.
Qeyd olunub ki, İranın hərəkətləri beynəlxalq hüquqa ziddir və regional təhlükəsizlik və sabitliyi pozur:
“İranın gəmilər üçün yaratdığı narahatlıqlar və regional sulardan istifadə hüququna müdaxilə etməsi dənizçiliyin təhlükəsizliyinə və qlobal iqtisadiyyata təhdiddir”.
Xatırladaq ki, ötən həftə Marşal Adaları bayrağı ilə Oman körfəzində beynəlxalq sularda üzən neft tankeri də SEPAH-ın donanması tərəfindən saxlanılıb.
Murad Həsənov / aktualtv.az










