Türkiyədə 1360 meqavat gücündə Karapınar Günəş Elektrik Stansiyasının açılışı olub.
Aktualtv.az xəbər verir ki, Karapınar Günəş Elektrik Stansiyası böyüklüyünə görə Avropada birinci, dünyada isə beşinci yerdədir. Stansiya iqlim dəyişikliyi, əkinçilik və düzgün olmayan suvarma nəticəsində səhraya çevrilən Konya Acıgöl hövzəsi kimi tanınan ərazidə qurulub. 20 milyon kvadratmetr ərazidə 3 milyon 256 min 38 günəş paneli yerləşdirilib.
1360 meqavat gücündə olacaq elektrik stansiyası ildə 3 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək. O iki milyon insanın illik məişət elektrik enerjisinə ehtiyacını ödəyəcək. Hər il 2 milyon ton qalıq yanacaq və karbon emissiyasının qarşısı alınacaq.
Murad Həsənov / aktualtv.az










