“Rusiyanın ABŞ ilə bağlı iddialı gülüncdür” – Özəl

Dmitri Peskovun ABŞ ilə bağlı iddiaları çox gülüncdür.

Aktualtv.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O, Rusiyanın Kreml Sarayına hücumun arxasında Vaşinqtonun olması ilə bağlı iddialarını təkzib edib. Bildirib ki, ABŞ Ukraynanı sərhədyanı hücumlara təşviq etmir və buna icazə vermir.

Xatırladaq ki, Kremlin mətbuat katibi Dmitri Peskov Kremlə pilotsuz təyyarə ilə edilən hücuma görə ABŞ-ni ittiham etmişdi:

“Kiyev və Vaşinqtonun bu hücumu rədd etməsi cəfəngiyatdır. Bu cür hücumlarla bağlı qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev yalnız ona deyilənləri edir”.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]