Perunun cənubundakı kiçik bir qızıl mədənində baş verən yanğında 27 nəfər həlak olub.
Aktualtv.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə mediaya prokuror Giovanni Matos məlumat verib.
Hökumət yanğına səbəbin qısaqapanma olduğunu açıqlayıb. Mədəni kiçik miqyaslı Yanaquihua firması idarə edir. Amma şirkət hadisə ilə bağlı sorğuya cavab verməyib.
Qeyd edək ki, Peru dünyanın ən böyük qızıl istehsalçısı və ikinci ən böyük mis istehsalçısıdır. Perunun Energetika və Mədən Nazirliyinin məlumatına görə, hadisə 2000-ci ildən bəri baş vermiş ən ölümcül mədən qəzasıdır. 2022-ci ildə ölkə daxilində baş verən mədən qəzalarında 38 nəfər həlak olub. Bu da Latın Amerikası mədənlərində təhlükəsizliklə bağlı narahatlıqları göstərir. 2002-ci il isə Peruda müxtəlif mədən qəzalarında 73 nəfərin öldüyü ən ölümcül il olub.
Büllur Məmmədova / aktualtv.az










