Almaniya Türkiyənin Avropa ittifaqına tamhüquqlu üzv olmasına dəstək olacağı ilə bağlı vəd verib.
Aktualtv.az “Anadolu agentliyi”nə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin arxivindən əldə edilmiş Kol hökumətinin 1990-cı illərin əvvəllərində Türkiyə ilə bağlı siyasətinə dair çıxarışlar sübut edir.
13 iyul 1992-ci il tarixli sənədə görə, Almaniyanın o zamankı xarici işlər naziri Klaus Kinkel Ankaraya səfəri edib və türkiyəli həmkarı Hikmət Çətinə Almaniyanın Türkiyənin o zamanlar İttifaqa tam üzvlüyünü dəstəkləyəcəyini deyib. Amma 3 gün sonra Norveçə səfər edən sabiq kansler Kol bu qərarın təzyiq altında verildiyini bildirib. Helmut Kol vurğulayıb ki, Türkiyə Avropa klubuna üzv ola bilməz.
Büllur Məmmədova / aktualtv.az










