ABŞ Prezidenti Co Bayden Suriyaya qarşı birtərəfli sanksiyaları daha bir il uzatmaq qərarına gəlib.
Aktualtv.az xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən dərc edilən bildirişdə deyilir.
Söhbət 2004-2012-ci illər ərzində Vaşinqtonun Dəməşqə qarşı ardıcıl olaraq tətbiq etdiyi müxtəlif məhdudlaşdırıcı tədbirlərin qüvvədə saxlanılmasından gedir. Bu məhdudiyyətlər, xüsusilə, ABŞ-nin yurisdiksiyasında olan bəzi fiziki və hüquqi şəxslərin aktivlərinin bloklanmasını, həmçinin Amerika mallarının və xidmətlərinin müəyyən kateqoriyalarının Suriyaya ixracına qadağa qoyulmasını nəzərdə tutur.
Sənəddə fövqəladə vəziyyət və görülən tədbirlərin ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhlükə yaradan Suriya rejiminin hərəkətlərinə görə atıldığı vurğulanır.
Etibar Məmmədov / aktualtv.az










