Litvada NATO-nun iki həftəlik “Dəmir canavar – 2023” təlimləri başlayıb.
Aktualtv.az xəbər verir ki, bu barədə Litvanın dövlət teleradio kanalı məlumat yayıb.
Manevrlərdə Litva və digər NATO ölkələrindən, o cümlədən Belçika, Kanada, Xorvatiya, Çexiya, Almaniya, Norveç, Portuqaliya, Lüksemburq, Polşa, Niderland, Norveç, Böyük Britaniya və ABŞ-dan 3 min 500-ə yaxın hərbçi və 600 hərbi texnika iştirak edəcək. Təlim zamanı NATO-nun gücləndirilmiş döyüş qrupu və Litva Silahlı Qüvvələrinin Vaydotas piyada batalyonu hücum və müdafiə əməliyyatlarını məşq edəcək.
Təlimin əsas hissəsi Litvanın Yonava bölgəsindəki Qayjunay poliqonunda keçiriləcək, manevrlər zamanı yalnız orada partlayıcılardan istifadə olunacaq. Təlimlərin bəziləri yaşayış məntəqələrində də keçiriləcək.
Səbinə Kərimova / aktualtv.az










