Türkiyədə 700 minə yaxın dövlət qulluqçusunun maaşı 45 faiz artırılacaq.
Aktualtv.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciəti zamanı deyib.
Qohumları terror aktı nəticəsində və ya orduda tapşırıqların icrası zamanı həlak olanların maaşlarının 10, gecə növbəsində işləyənlərin maaşlarının isə daha 8 % artırılması nəzərdə tutulur. Prezident Rəcəb Tayyib Ərdoğan Adanada çıxışı zamanı zəlzələ bölgəsində 650 min yeni mənzilin tikiləcəyini də bildirib.
Əlavə edib ki, 100 min konteynerin quraşdırılması başa çatıb, 142 min binanın tikintisinə başlanıb, 59 min evin təməli qoyulub. Ərdoğan müxalifətin hökumətin səylərini gözdən salma cəhdlərini tənqid də edib.
Büllur Məmmədova / aktualtv.az










