Səbəblərdən biri də odur ki, London administrasiyası, Brexit çərçivəsində 2023-cü ilin sonuna qədər ləğv edilməsi gözlənilən 4 min Aİ qanunundan yalnız 600-nün çıxarılması üçün qanunvericiliyə dəyişiklik təklif edib.
Aktualtv.az xəbər verir ki, sərt Brexit tərəfdarlarının ən əhəmiyyətli vədlərindən biri də iş dünyasının və müxalifətin hüquqi qeyri-müəyyənlik, bürokratik xaos kimi dəyərləndirilən Aİ qanunlarının ləğvi idi.
Biznes və Ticarət Naziri Kemi Badenok, Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra min qanunun ləğv edildiyini və ya dəyişdirildiyini, daha 500 qanunun isə ləğv edilməsi üçün parlamentdə müzakirə edildiyini vurğulayıb. Lakin hökumət vəd etdiyi kimi Avropa İttifaqı qanunlarından tamamilə imtina etmək, yaxud onları əvəz etmək niyyətində deyil.
Etibar Məmmədov / aktualtv.az










