Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində Rusiya qoşunları ilə döyüşlər zamanı Baxmut və Soledar yaxınlığındakı bir sıra mövqelərdən Rusiya qoşunlarını sıxışdıra bilib.
Aktualtv.az xəbər verir ki, u barədə “RBC-Ukraina” məlumat yayıb. Xüsusilə, söhbət Rusiya qoşunlarının üç mövqe itirməsindən gedir. Xəritə məlumatlarına görə, Rusiya Baxmutdan qərbdə və Xromovodan cənubda yerləşən mövqelərini itirib.
Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Baxmut rayonunda müvəqqəti işğal olunmuş Kleşiyevkanın qərbində yerləşən mövqedən Rusiya qoşununu darmadağın edib. Beləliklə, aydın olur ki, cəbhənin bu hissəsinə Rusiya qoşunlarının bölmələrinin Ukrayna müdafiəçiləri tərəfindən cinahlardan mühasirəyə alınma riski artır.
Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələrinin hərbçiləri Beloqorovka yaxınlığındakı mövqelərdən Rusiya qoşunlarını qovublar.
Büllur Məmmədova / aktualtv.az










