İmran Xanın həyat yoldaşı da sərbəst buraxıldı

Pakistanın Lahor şəhərinin məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanın həyat yoldaşı Büşra Bibini də azadlığa buraxıb.

Aktualtv.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Büşra Bibi girov müqabilində mayın 23-nə qədər sərbəst buraxılıb. 

Girovun məbləği açıqlanmayıb. 

Qeyd edək ki, İmran Xan və həyat yoldaşı korrupsiyada ittiham olunurlar. İttihamlara görə, onlar ailəvi “Al Qadir Trust” fondundan istifadə edərək dövlət büdcəsindən təqribən 175 milyon dollar mənimsəyiblər. İmran Xan mayın 9-u saxlanılıb və mayın 12-si girov müqabilində 2 həftəlik azadlığa buraxılıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]